Balans artırma

Balansı artırmaq üçün saytın yuxarı hissəsində yerləşən “Balans” bölməsində “Balansı artır” subkateqoriyasına daxil olun.

media-balans

Balansınızı 3 metodla artıra bilərsiniz:

1) Bank kartı
Əgər siz balansınızı bank kartı vasitəsi ilə artırmaq istəyirsinizsə ödəmə metodunu “Bank Kartı” olaraq seçməlisiniz. Emailinizi, telefon nömrənizi və məbləği qeyd etdikdən sonra “Bank kartı” bölməsini klikləyin. Burada sizə 2 seçim təqdmi olunacaq:

media-payrif

a) “Bank of Baku” vasitəsi ilə

“Bank of Baku” seçimini etdikdən sonra kartınızın “Visa” yoxsa “MasterCard” olduğunu bildirib “Ödəniş səhifəsinə keçid” düyməsini klikləyin. Yeni açılan səhifədə müvafiq xanalara ödəniş edəcəyiniz kartın sahibinin ad və soyadını, 16 rəqəmini və son istifadə tarixini qeyd edib təsdiq düyməsini klikləyin

b) “Payriff” vasitəsi ilə

“Payriff” seçimini etdikdən sonra “Ödəniş səhifəsinə keçid” düyməsini klikləyin. Yeni açılan səhifədə Kartın nömrəsi, bitmə tarixi və CVV2-sini daxil etdikdən sonra “Ödə” düyməsini klikləyin

media-payy

2)  Nağd pul

Əgər siz balansınızı nağd şəkildə artırmaq istəyirsinizsə ödəmə metodunu “Nağd pul” olaraq seçməlisiniz. Ödəniş etmək üçün mühasib ilə əlaqə saxlamağınız xahiş olunur.

3)  Bank köçürmə

Əgər siz balansınızı bank köçürmə yolu ilə artırmaq istəyirsinizsə ödəmə metodunu “Bank köçürmə yolu” olaraq seçməlisiniz. Emailinizi, telefon nömrənizi və məbləği qeyd etdikdən sonra “Ödəniş et” düyməsini klikləyin.