Reklam elanları

Reklam elanları bölməsində siz öz reklamlarınızı yerləşdirə bilərsiniz. Reklam elanları bölməsinə saytın sol hissəsində “Reklam elanları” bölməsinə klikləyərək daxil ola bilərsiniz.

media-reklam elanlari

Yeni reklam elanı yaratmaq üçün 

  1. Yeni açılan səhifədəƏlavə et” düyməsini klikləyərək yeni reklam elanı yarada bilərsiniz. 
  2. Yeni açılan səhifədə yaratmaq istədiyiniz reklamın parametrlərini təyin edərək “Yadda Saxla” düyməsini klikləyin. Həmin parametrlər aşağıdakılardır:

Kampaniya – Yaradacağınız reklamın hansı kampaniyaya aid olacağı

Qrup – Yaradacağınız reklamın hansı reklam qrupuna aid olacağı

Reklamın formatı – Yaradacağınız reklamın hansı formatda olacağı. Reklam formatları barədə ətraflı məlumat buradan əldə edə bilərsiniz

Reklam kreativinin adı – Yaradacağınız reklam elanının adı

Hədəf URL – Yaradacağınız reklamı klikləyərkən yönlənəcək saytın linki

Ölçü – Yaradacağınız reklamın ölçüsü

File Manager – Yerləşdirəcəyiniz reklamın fayl formatında özü. Nəzərinizə çatdıraqki yükləyəcəyiniz fayl .mp4, .flv, PNG, JPG, GİF, ZİP formatında olmalıdır. Yükləyəcəyiniz fayl videodursa maksimum həcm 10 mb, adi şəkil və ya HTML5 bannerdirsə maksimum həcm 1 mb olmalıdır. 

Model – Bu bölmədə ödənişin hansı formada olacağını təyin edirsiniz. CPM reklamın hər 1000 baxışa görə qiyməti, CPC reklamın hər klikə görə qiyməti, CPV video-reklama baxmağa görə verilən qiyməti göstərir

Büdcə səviyyəsi – Bu bölmədə sizə iki seçim təqdim olunur. “Bu reklam kreativi üçün ayrıca büdcə” seçimini etsəniz, hazırda yaratdığınız reklamın büdcəsi həmin reklamın aid olduğu qrupun büdcəsindən ayrı hesablanacaq. “Reklam qrupunun büdcəsindən xərclə” seçimini etsəniz, hazırda yaratdığınız reklamın büdcəsi həmin reklamın aid olduğu qrupun büdcəsinin daxilində hesablanacaq  

Bid – Bu bölmədə yaradacağınız reklamın minimum və maksimum qiymətlərini təyin edə bilərsiniz

Həftənin günləri, saatlar – Bu bölmədə reklamınızın hansı tarixlərdə yayımlanmasını təyin edə bilərsiniz.