Reklam elanlarının statistikası

  1. Mövcud reklam elanlarınızın statistikasına baxmaq üçün saytın sol tərəfində “Reklam elanları” bölməsinə daxil olun. Burada siz öz yaratdığınız reklam qruplarının siyahısını görə bilərsiniz.
    media-kampanyastat
  2. Hər hansısa bir reklam elanının statistikasına baxmaq üçün mousu müvafiq reklam qrupunun üzərinə gətirərək  “Statistika” bölməsinə daxil ola bilərsiniz.

    media-statistika

  3. “Statistika” bölməsi 5 hissədən ibarətdir:
    3.1 Günlük reklam xərcləriBu bölmədə siz seçdiyiniz  reklam elanının gündəlik göstəriciləri ilə tanış ola bilərsiniz. Həmin göstəricilər aşağıdakılardır:Göstərimlər – Seçdiyiniz reklam elanının hər günə uyğun neçə nəfər tərəfindən izlənildiyiKliklər – Seçdiyiniz reklam elanının hər günə uyğun neçə nəfər tərəfindən klikləndiyiUnikal göstərimlər– Seçdiyiniz reklam elanının hər günə uyğun neçə nəfər tərəfindən unikal izləndiyi. Məsələn, reklamınız 1 izləyici tərəfindən 5 dəfə izlənilibsə bu bölmədə həmin 5 baxış sayı 1 baxış sayı kimi nəzərə alınır.Unikal kliklər – Seçdiyiniz reklam elanının hər günə uyğun neçə nəfər tərəfindən unikal klikləndiyi. Məsələn, reklamınız 1 izləyici tərəfindən 5 dəfə kliklənibsə bu bölmədə həmin 5 klik 1 klik kimi nəzərə alınır.CTR Seçdiyiniz reklam elanının baxış sayının klik sayına olan nisbəti

    media-2

    3.2 Reklam xərcləri 

    Bu bölmədə siz seçdiyiniz reklam elanının hər ölçüyə uyğun xərclənən məbləğ barədə məlumat əldə edə bilərsiniz

    media-reklam xerc                                 

    3.3 Vebsaytlar

    Bu bölmədə siz seçdiyiniz reklam elanının hansı saytlarda yayımlanmağı barədə məlumat əldə edə bilərsiniz. 

    Yuxarıda sadalanan bölmələrin statistikası ilə qrafik formatında da tanış ola bilərsiniz. Bunun üçün seçdiyiniz bölmədə “Qrafik üzrə hesabat” bölməsinə keçid edin.  

    Əgər siz sadəcə öz istədiyiniz göstəricilərlə tanış olmaq istəyirsinizsə səhifənin yuxarı hissəsində yerləşən “Sütun seç” bölməsində məlumat almaq istədiyiniz göstəriciləri aktiv edə bilərsiniz.

    media-vebsayt

    3.4 Platforma

    Bu bölmədə siz seçdiyiniz reklam elanının hansı platformalarda yayımlanmağı barədə statistika ilə tanış ola bilərsiniz. Saytımızda yayımlanan reklam elanları 3 növ platformada yayımlanır:

    a) Smartbee – Bu platformaya yayımçı kimi qeydiyyatdan keçmiş istifadəçilərin əlavə etdiyi saytlar daxildir.

    b) Google – Google platformasında yayımlanan reklam elanlarının statistikası

    c) Facebook – Facebook platformasında yayımlanan reklam elanlarının statistikası

    3.5 Saatlıq hesabat

    Bu bölmədə siz seçdiyiniz reklam elanının təyin olunmuş tarix intervalında hər saata uyğun statistikası ilə tanış ola bilərsiniz.

    media-saat