Reklam qruplarının statistikası

1.Mövcud reklam qruplarınızın statistikasına baxmaq üçün saytın sol tərəfində “Reklam qrupları” bölməsinə daxil olun. Burada siz öz yaratdığınız reklam qruplarının siyahısını görə bilərsiniz.media-kampanyastat

2.Hər hansısa bir reklam qrupunun statistikasına baxmaq üçün mousu müvafiq reklam qrupunun üzərinə gətirərək  “Statistika” bölməsinə daxil ola bilərsiniz.

media-statistika

“Statistika” bölməsi 5 hissədən ibarətdir:
3.1 Günlük reklam xərcləri

Bu bölmədə siz seçdiyiniz reklam reklam qrupu çərçivəsində yayımlanan reklam elanlarının gündəlik göstəriciləri ilə tanış ola bilərsiniz. Həmin göstəricilər aşağıdakılardır:

Göstərimlər – Seçdiyiniz reklam qrupu çərçivəsində yayımlanan reklam elanlarının hər günə uyğun neçə nəfər tərəfindən izlənildiyi

Kliklər – Seçdiyiniz reklam qrupu çərçivəsində yayımlanan reklam elanlarının hər günə uyğun neçə nəfər tərəfindən klikləndiyi

Unikal göstərimlər– Seçdiyiniz reklam qrupu çərçivəsində yayımlanan reklam elanlarının hər günə uyğun neçə nəfər tərəfindən unikal izləndiyi. Məsələn, reklamınız 1 izləyici tərəfindən 5 dəfə izlənilibsə bu bölmədə həmin 5 baxış sayı 1 baxış sayı kimi nəzərə alınır.

Unikal kliklər – Seçdiyiniz reklam qrupu çərçivəsində yayımlanan reklam elanlarının hər günə uyğun neçə nəfər tərəfindən unikal klikləndiyi. Məsələn, reklamınız 1 izləyici tərəfindən 5 dəfə kliklənibsə bu bölmədə həmin 5 klik 1 klik kimi nəzərə alınır.

CTR Seçdiyiniz reklam qrupu çərçivəsində yayımlanan reklam elanlarının baxış sayının klik sayına olan nisbəti

media-2

3.2 Reklam xərcləri 

Bu bölmədə siz seçdiyiniz reklam qrupu çərçivəsində yayımlanan reklam elanlarının hər ölçüyə uyğun xərclənən məbləğ barədə məlumat əldə edə bilərsiniz

media-reklam xerc                                 

3.3 Vebsaytlar

Bu bölmədə siz seçdiyiniz reklam qrupu çərçivəsində yayımlanan reklam elanlarının hansı saytlarda yayımlanmağı barədə məlumat əldə edə bilərsiniz. 

Yuxarıda sadalanan bölmələrin statistikası ilə qrafik formatında da tanış ola bilərsiniz. Bunun üçün seçdiyiniz bölmədə “Qrafik üzrə hesabat” bölməsinə keçid edin.  

Əgər siz sadəcə öz istədiyiniz göstəricilərlə tanış olmaq istəyirsinizsə səhifənin yuxarı hissəsində yerləşən “Sütun seç” bölməsində məlumat almaq istədiyiniz göstəriciləri aktiv edə bilərsiniz.

media-vebsayt

3.4 Platforma

Bu bölmədə siz seçdiyiniz reklam qrupu çərçivəsində yayımlanan reklam elanlarının hansı platformalarda yayımlanmağı barədə statistika ilə tanış ola bilərsiniz. Saytımızda yayımlanan reklam elanları 3 növ platformada yayımlanır:

a) Smartbee – Bu platformaya yayımçı kimi qeydiyyatdan keçmiş istifadəçilərin əlavə etdiyi saytlar daxildir.

b) Google – Google platformasında yayımlanan reklam elanlarının statistikası

c) Facebook – Facebook platformasında yayımlanan reklam elanlarının statistikası

3.5 Saatlıq hesabat

Bu bölmədə siz seçdiyiniz reklam qrupu çərçivəsində yayımlanan reklam elanlarının təyin olunmuş tarix intervalında hər saata uyğun statistikası ilə tanış ola bilərsiniz.

media-saat