Reklam qrupları

Reklam qrupları bölməsinə saytın sol hissəsində “Reklam qrupları” bölməsinə klikləyərək daxil ola bilərsiniz. media-3

Yeni reklam qrupu yaratmaq üçün:

1.Yeni açılan səhifədə  “Əlavə et” düyməsini klikləyin. 

2. Yeni açılan səhifədə  yaradacağınız reklam qrupunun parametrlərini təyin edərək “Yadda saxla” düyməsinə klikləyib reklam qrupunu yarada bilərsiniz. Həmin parametrlər aşağıdakılardır:

Kampaniya – Yaradacağınız reklam qrupunun hansı kampaniya çərçivəsində gedəcəyi

Qrup – Yaradacağınız reklam qrupunun adı

Büdcə tipi – Yaradacağınız reklam qrupunun günlük yoxsa ümumi olacağı və reklam qrupuna ayırmaq istədiyiniz məbləğ

Başlama tarixi – Reklam qrupunun başlayacağı tarix

Bitmə tarixi – Reklam qrupunun bitəcəyi tarix

Əməliyyat sistemləri – Yaradacağınız reklam qrupuna aid reklam elanlarının hansı əməliyyat sistemli cihazlarda yayınlanacağı

Cihazlar – Yaradacağınız reklam qrupuna aid reklam elanlarının hansı növ cihazlarda yayınlanacağı

Bağlantı tipi – Yaradacağınız reklam qrupuna aid reklam elanlarının hansı bağlantı tipində olan cihazlarda yayınlanacağı

Operatorlar – Yaradacağınız reklam qrupuna aid reklam elanlarının hansı operatora qoşulmuş cihazlarda yayınlanacağı

Yaş qrupu – Yaradacağınız reklam qrupuna aid reklam elanlarının hansı yaş qruplarına aid izləyicilər tərəfindən görüləcəyi

Cins –  Yaradacağınız reklam qrupuna aid reklam elanlarının daha çox hansı cinsin nümayəndələri tərəfindən izləniləcəyi

Ölkələr –  Yaradacağınız reklam qrupuna aid reklam elanlarının hansı ölkələrdə yayınlanacağı

Yayımlamaq istədiyiniz saytlar – Yaradacağınız reklam qrupuna aid reklam elanlarının hansı saytlarda yayımlanacağı. Qeyd edək ki, bu funksiyadan istifadə sizin reklamın qiymətini qaldıra bilər

Qadağan olunmuş saytlar – Yaradacağınız reklam qrupuna aid reklam elanlarının yayımlanmasını istəmədiyiniz saytlar.